Paşinyan Qriqoryanı Qarabağa göndərdi

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə gəlib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Təhlükəsizlik Şurası yayıb. Səfər zamanı onun “dqr”in qondarma rəhbəri Bako Saakyanla görüşü olub.

O, həmçinin, qondarma rejimin “təhlükəsizlik şurasının rəhbəri” Arşavir Qaramyanla da görüşüb.