Rusiyanın ATƏT-dəki səfiri: "Əhalinin sülhə hazırlanması..."
09:05 08.11.2019
Qarabağ
523
“Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında kollektiv vasitəçi kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndiririk”. APA -nın xəbərin görə, bunu Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi, səfir Aleksey Lukaşeviç ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib.
O bildirib ki, vasitəçilərin aktiv fəaliyyəti münaqişənin tənzimləməsi üzrə təmas nöqtələrinin axtarışı və əhalinin sülhə hazırlanmasına yönəlmiş tədbirlərdə inamın artırılmasına, intensiv dialoqun ümumi məqsədinə dəstək olur.
Azərbaycan-Ermənistan dövlət sərhədində və təmas xəttində stabilliyin saxlanıldığını vurğulayan A. Lukaşeviç deyib ki, bu, tərəflərin danışıqlar masası arxasında kompromis axtarışında maraqlı olmasına işarədir.
O, atəşkəs rejiminin qorunub saxlanılması və gücləndirilməsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının səmərəliliyinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi jurnalistlərin qarşılıqlı səfərlərinin və saxlanılan şəxslərin dəyişdirilməsinin tərəflər arasında etimad atmosferinin yaradılmasına gətirib çıxara biləcəyini də söyləyib.
A. Lukaşeviç münaqişə tərəflərini bütün səviyyələrdə birtərəfli addımlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, bu, münaqişənin həllinə imkan yaratmır.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasətinin vacib prioritetlərindən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region