"Sarkisyan Meğrini və 7 rayonu qaytarmaq istəyirdi" - Erməni açıqladı
07:18 22.11.2019
Qarabağ
1066
Erməni analitik Alla Aydiyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Milanda Qarabağla bağlı açıqlamalarını şərh edərkən maraqlı məqamlara toxunub.
Axar.az xəbər verir ki, Aydiyan erməni saytı “Аysor.am”a müsahibəsində Ermənistan hakimiyyəti içində gedən söz-söhbətlərdən xəbərdar olduğunu bildirib.
“Mən hakimiyyət daxilində baş verən bəzi vacib məqamları adi insanlardan çox bilirəm. Belə ki, Paşinyan bu gün keçmiş prezident Serj Sarkisyanın atəşkəs müqabilində (2016-cı il Aprel savaşı nəzərdə tutulur – red.) Meğri və 7 rayonu Azərbaycana qaytarmaq istəməkdə ittiham edir. Mən bu söhbətin bəzi detallarını bilirəm, amma tam olaraq mənzərəni görmək olmur”, - ekspert qeyd edib.
Aydiyan istisna etmir ki, məhz bu fakt Sərkisyan hakimiyyətinə son qoyub.
Erməni analitik qeyd edib ki, Nikol Paşinyan Milanda danışarkən Ermənistan cəmiyyətini manipulyasiya edib:
“Hamı Paşinyanın Qarabağla bağlı tezisini yaxşı bilir: “Bütün tərəfləri razı salacaq həll variantı ilə razıyam”. Azərbaycan tərəfinin bununla bağlı əsas fikri “Qarabağ – Azərbaycanındır və nida işarəsi”dir. Belə çıxır ki, Paşinyan bu fikirlə razıdır? Bu, manipulyasiyadır. Amma gərək Paşinyan bu tip manipulyasiya və maxinasiyalardan əl çəksin. Axı bu mövzu öz həssaslığı ilə seçilir”.
Xatırladaq ki, Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Meğri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm