Səfir Ukraynada Dağlıq Qarabağ haqqında mühazirə oxudu
18:18 12.11.2019
Qarabağ
457
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Karazin adına Xarkov Milli Universitetində tələbələr qarşısında “Azərbaycanın regional təhlükəsizlikdə rolu” mövzusunda mühazirə oxuyub.
Mühazirədən öncə səfirlə universitetin prorektoru Nikolay Azarenkov arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, təhsil müəssisələri arasında təcrübə, kadr mübadiləsinin vacibliyi vurğulanıb. A.Xudiyev İrəvan xalçalarına dair kitabı hədiyyə edərək, Qarabağın tarixi haqqında geniş məlumat verib.
Sonra səfir universitetin muzeyi ilə tanış olub. Bildirilib ki, Ukraynada tarixinə görə ikinci olan bu universitetin gələn il 215 illiyi təntənəli şəkildə qeyd ediləcək.
Zəngin eksponatları ilə dolu olan muzeydə Azərbaycanın “Qarabağ”, “Ağdam” və digər məşhur şərab brendlərinə dair guşə də mövcuddur.
Daha sonra tələbələr qarşısında mühazirə oxuyan səfir bildirib ki, balanslandırılmış xarici siyasət yürüdən Azərbaycan bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir.
Son illərdə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəliləyən Azərbaycanın uğurlu tərəqqi modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir ki, dünyada inkişafın Azərbaycan modelindən getdikcə daha çox bəhs olunmağa başlanılır, onun konkret xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət yetirilir. Azərbaycan bütövlükdə regionun siyasi, iqtisadi, xüsusilə enerji təhlükəsizliyinin təminatında lokomotiv rolunu oynayır.
Azərbaycanın bir çox regional layihələrin müəllifi olduğunu qeyd edən səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun iqtisadi inkişafına əngəl törətdiyini vurğulayıb.
Hazırda bütün sahələrdə mühüm uğurlara imza atan Azərbaycan bu problemi yaşamasaydı, təbii ki, daha böyük nailiyyətlər əldə etmiş olardı.
Sonda səfir tələbələrin suallarını cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm