"Tovuzda erməni təxribatı Türkiyənin təhlükəsizliyinə də təhdiddir” - Tarixçi-alim
Fidan Həmişəyeva
11:08 19.07.2020
Qarabağ
1560
İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid də verdi. Lakin ordu ilə vətəndaşların birlik nümayişi düşmənə və havadarlarına əsl bir mesaj oldu.
Beynəlxalq ictimaiyyət də Azərbaycan - Ermənistan sərhəddindəki gərgin vəziyyəti diqqətlə izləyir. Müxtəlif dövlətlərin nümayəndələri açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər.
Türkiyənin Prezidenti, xarici işlər naziri, vitse-prezident və müxtəlif rəsmilər birmənalı olaraq Azərbaycana dəstək ifadə ediblər.
Qardaş ölkənin sərgilədiyi mövqeyi yüksək qiymətləndirən tarixçi-alim Kərəm Məmmədov “Sherg.az”a bildirib ki, Türkiyə hər zamankı kimi öz dəstəyini göstərdi:
“Tarix yenə təkrar olundu. Təbii ki, belə də olmalı idi. Faktiki olaraq Tovuz Azərbaycanın strateji ərazisi sayılır. Bakı-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri və Bakı-Qars dəmir yolu Tovuzdan keçir. Ona görə də Tovuzda erməni təxribatı Türkiyənin təhlükəsizliyinə də zərərli hesab olunur”.
K.Məmmədov vurğulayıb ki, Ermənistan Konstitutsiyasında Türkiyənin ərazisinə iddia irəli sürülüb:
“Hələ dünya təcrübəsində görünməmiş bir haldır ki, bir ölkənin konstitutsiyasında həm ərazi, həm əsgər, həm də əhali sayı qat-qat çox olan digər dövlətə qarşı ərazi iddiası rəsmi yer alsın. Tükiyə çox dözümlü və səbrli ölkədir. Bir anlıq təsəvvür edək ki, Göygölü hansısa qonşu dövlət götürüb özünün dövlət atributu kimi qəbul edir. Buna dözmək olar? Nə yaxşı ki, baş verən hadisələrdə düşməni geri oturtduq. Cəbhə xəttindən çox uzaqda olan düşmən obyektlərini darmadağın edə bilirik. Buna ordumuzun gücü var. Bütün parametrlərə görə düşməndən çox güclüyük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm