Zəngilan sakinləri: “Ağalıya həmişəlik yaşamaq üçün qayıdırıq” - VİDEO
Yusif Nəzərli
09:04 19.07.2022
Qarabağ
603
“Bu gün tarixi anlar yaşayırıq. Biz öz kəndimizə, dədə-baba yurdumuza qayıdırıq. Çox sevincliyəm, bir neçə saat sonra ayağım o torpaqlara dəyəcək”.
Bunu “Report”a açıqlamasında Zəngilan rayonunun Ağalı kəndinə köçən sakinlərdən biri olan Həcər Məmmədova bildirib.
“Allaha çox şükürlər olsun ki, bizə bu böyük günü qismət etdi. Hisslərimi sözlə ifadə edə bilmirəm, çox qürurluyam”, - o söyləyib.
Ağalı sakini söyləyib ki, 29 il əvvəl ailəsinin çıxmaq məcburiyyətində qaldığı Vətənə qurub-yaratmaq üçün qayıdır:
“Bu gün bizimlə birlikdə köçən ailələrə də uğur arzulayıram. Atam mayın 27-sində kəndin açılışında iştirak edib. Anamın Zəngilandan çıxanda 19, atamın isə 27 yaşı olub. Qardaşım və mən Bakıda dünyaya göz açmışıq, oranı görməmişik. Mənim qürur hisslərim, sevinc və həyəcanım həm də məhz bununla bağlıdır ki, ilk dəfə ora ayaq basacağam”.
Ağalı kəndinin sakini Bayram Məmmədov da Vətənə qayıtdığına görə sevincli və qürurlu olduğunu söyləyib: “Biz çox qürurluyuq, sevincimizin həddi-hüdudu yoxdur. Qarabağa Böyük Qayıdış bu gün bizdən başlayır”.
O, 1993-cü ildə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən Ağalı səkinlərindən biridir.
B.Məmmədov deyib ki, 29 il əvvəl çıxmaq məcburiyyətində qaldığı kəndinə qayıtmağın böyük sevincini yaşayır:
“10 ailə hazırda doğma kəndimizə doğru yol alır. Mərhələli şəkildə bütün ailələr köçəcək. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandana təşəkkür edirik, şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə can sağlığı arzulayıram”.
B.Məmmədov bildirib ki, mayın 27-sində Prezident İlham Əliyev Ağalı kəndinin açılışını edərkən onlar da orada olublar:
“Dövlət başçısı 13 ailə ilə görüşdü, onlardan biri də bizim ailə idi. Bu artıq bizim ikinci səfərimizdir, bu dəfə biz Ağalıda daim yaşamağa gedirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual