Kurum söz verdi: İlk işinə başlayacaq gənclər üçün 100 min...
10:30 12.03.2024
Gündəm
378
Cümhur İttifaqından İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədrliyinə namizəd Murat Kurum Beyoğlu Camiikebir məscidində təravih namazı qıldıqdan sonra Kasımpaşada tələbələri ziyarət edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kurum onu sahura dəvət edən hüquq fakültəsinin tələbəsi Feritcan Başaranoğlunun Fatihdəki evində qonaq olub.
Kurum burada gənclərlə bir araya gələrək, seçkilərdə qərarsız qalan hüquq fakültəsinin tələbəsi Haluk Emre Günaydın ilə söhbət edib və onu seçkidə ona səs verməyə razı salıb.
Tələbə evlərinə 25 kubmetr təbii qaz və hər tələbəyə ildə 10 min lirə təqaüd verəcəyini vəd edən Kurum, gənclərə 100 min lirə sərmayə dəstəyi verəcəklərini və gənclərin öz bizneslərini qura biləcəklərini bildirib.
Murat Kurum, "Bəlkə siz öz işinizə başlayarsınız və dostlarınız da sizi təqlid edər və onlar da biznesə başlayarlar. Biz sizə daha yaxşı imkanlar təqdim etmək istəyirik. Birlikdə qalib gələcəyik və gənclərlə eyni məclisi quracağıq"- deyib.
Yeni evlənən gənclərə 50 min lirə ağ əşya dəstəyi təklif edəcəklərini qeyd edən Kurum, belə davam edib:
"100 min gəncə ofis imkanları təqdim edəcəyik və onlar orada öz bizneslərini qura biləcəklər. Kapital dəstəyi, nəqliyyat dəstəyi kimi bir çox dəstəklər verəcəyik. Ən əsası odur ki, davamlı, daimi dəstək təmin etmək. Biz sizi istiqamətləndirici şəkildə böyüdəcəyik. Öz ruzinizi öz hesabınıza qazanarsınız".
Kurum söhbətdən sonra gənclərlə video oyunlar oynayıb və tələbələrin mətbəxinə keçərək menemen edib. Sahurdan sonra qonaqpərvərliyə görə tələbələrə təşəkkür edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət