43 il həbs yatdı: Təqsirsizliyi üzə çıxdı
08:53 23.07.2024
Dünya
382
Etmədiyi cinayətə görə həbs olunan qadın 43 il sonra azadlığa buraxılıb.
“Sherg.az” “Milliyet.cvom.tr”yə istinadən xəbər verir ki, ABŞ tarixində haqsız yerə ən uzun müddət həbs yatan məhkum Sandra Hemme azadlığa çıxıb. O, 43 il cəzaçəkmə müəssisəsində saxlanılıb. Nəhayət, təqsirsizliyi təsdiqini tapıb. Ağ saçlı qadın - Sandra Hemmeni həbsxana önündə qızı və nəvələri qarşılayıb. S.Hemme 20 yaşında olarkən həbs edilib. O, 1980-ci ilin noyabrında kitabxanaçı Patrisia Jeschkeni bıçaqlayaraq öldürməkdə təqsirli bilinərək həbs edilib. Və ömürlük həbs cəzasına məhkum edilib. Lakin məhz onun kitabxanaçı qadını qətlə yetirdiyinə dair əsaslı dəlillər olmayıb. Məhkəmə S.Hemmenin psixiatriya xəstəxanasında ağır sakitləşdirici iynələr vurulduqdan sonra cinayəti etiraf etməsini dəlil olaraq qəbul edib. Bundan başqa istintaq məhkəməyə heç bir sübut təqdim edə bilməyib. S.Hemmerin işi üzrə “Məsumiyyət Layihəsi” həyata keçirən vəkillərdən ibarət heyət tam 64 il əvvəl baş vermiş cinayəti araşdırıb. Və nəticə olaraq qərara gəlinib ki, qadının sakitləşdirici iynələrin təsiri altında, yarı huşsuz vəziyyətdə etdiyi etiraf onun qatil olduğunu təsdiqləyəcək sübut ola bilməz. Layihə iştirakçıları S.Hemmenin işi ilə bağlı apellyasiya şikayəti veriblər. Apellyasiya Məhkəməsi S.Hemmenin təqsirsizliyini qəbul edib və onun azadlığa çıxmasına qərar verib. Vəkillərdən biri isə məhkəməyə S.Hemmenin tamamilə suçsuz olduğuna dair dəlillər təqdim edib. Bu dəlillər cinayətin izini polis əməkdaşı Maykl Holmana aparır. Məlum olub ki, istintaq M.Holmanın cinayəti ilə bağlı dəlilləri qəbul etməyib. Halbuki bir neçə il sonra M.Holman başqa bir cinayətlə əlaqəli həbs edilib və 2015-ci ildə həbsxanada vəfat edib. Kitabxanaçının qətlə yetirildiyi gecə M.Holmanın avtomobili orada olub, bundan əlavə, polis əməkdaşı ölmüş kitabxanaçının kredit kartından da istifadə edibmiş. Bu dəlillərin istintaqa niyə o zaman təqdim edilmədiyi isə müəmmalıdır. Görünür, cinayətin S.Hemmenin üzərində qalmasına maraqlı şəxslər olub. Sandra Hemme isə həbsxanada saçları ağarsa da, nəhayət azadlığına qovuşub. Vəkilləri isə onun işləmədiyi cinayətə görə 43 il həbsdə qalmasına görə maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm