İrəvan bilir ki, müharibəyə girərsə... - Belyayev
09:35 05.11.2024
Dünya
424
İrəvan sülh addımları atmağa məcburdur. Görünür, özünüqoruma instinkti mövcuddur.
Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Mixail Belyayev deyib.
“İrəvan başa düşür ki, bəzi qırmızı xətlər var ki, onları keçməmək daha yaxşıdır və əks halda vəziyyət onlar üçün mənfi istiqamətdə inkişaf edəcək. Ona görə də onlar müəyyən sülhyönümlü addımlar atmalıdırlar. Onlar başa düşürlər ki, növbəti silahlı münaqişə ssenarisi hələlik Ermənistana yaxşı heç nə gətirə bilməz”, - o bildirib.
Belyayevin sözlərinə görə, İrəvan indi tammiqyaslı xarici dəstəyə arxalana bilməz:
“Nəsə olarsa, Qərb fəal şəkildə kömək etməli olacaq, amma indi Ermənistana vaxtı yoxdur. İndi Qərbdə belə arqumentlər var ki, Rusiyaya qarşı ikinci cəbhə açıb onu başqa münaqişəyə cəlb etmək yaxşı olardı. Amma göz qabağındadır ki, Qərbdə Ukraynaya xərclənən vəsaitlə bağlı sosial gərginlik qızışır - müxtəlif ölkələrdə vətəndaşlar vəziyyətdən getdikcə daha çox narazılıq edirlər. Yaxın Şərq münaqişəsi də var. Və Qərbə başqa bir münaqişə gətirilərsə, sosial gərginlik aşıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya