
Zelenskinin dirənişləri artıq nəticələr verib: ABŞ rəsmilərinin ritorikasının yumşaldığını görürük
Yusif Nəzərli
10:17 21.02.2025
Dünya
390
Prezident Vladimir Zelenskinin ilkin təklifi rədd etməsindən sonra ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynaya mədən hasilatı müqaviləsinin “təkmilləşdirilmiş” layihəsini təqdim edib.
Bu barədə “Axios” Ukrayna və Amerika rəsmilərinə və üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Məsələ ilə bağlı məlumatlı mənbə bildirib ki, bir neçə köməkçisi Zelenskini Trampla qarşıdurmadan qaçmaq üçün yenilənmiş təklifi imzalamağa çağırıb.
“Son layihədə əhəmiyyətli irəliləyiş var və o, Ukrayna qanunvericiliyinə uyğundur”, - mənbə bildirib.
Politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, Zelenski hər şeydən öncə öz dövlətinin və cəmiyyətinin milli maraqlarını müdafiə edir:

"Mədən hasilatı müqaviləsi böyük məsuliyyət daşıyır. Xüsusilə də dağılmış, milyonlarla insanın öz yurd-yuvasını tərk etdiyi vəziyyətdə xalqa sorulmadan belə qərarların verilməsi Zelenski tarixin pis mənada yaddaşında saxlaya bilər. Həmçinin bu, faydalı qazıntıların birgə istismarı ilə bağlı anlaşma Ukraynanın konstitusiyasına uyğun şəkildə olmasa, sonradan Zelenskinin əleyhinə istifadəsi qaçılmazdır. Eyni zamanda hakimiyyətə müxalif qüvvələr bunu əldə bayraq edərək növbəti seçkilərdə Zelenskinin əleyhinə istifadə edə bilər. Bu mənada Vaşinqton və Kiyev arasında imzalanacaq layihə Ukraynanın təhlükəsizlik zəmanətini özündə ehtiva etməlidir. Elə buna görə də Zelenski sənədi imzalamamışdı. Məhz Donald Tramp Ukraynanın asayişi üçün barmağını belə tərpətmək istəmir. Hətta perspektivdə sülh imzalanarsa, Avropa öz qoşunlarını göndərəcək kimi fikirlər səsləndirilir ki, bu da Ukrayna üçün qəbul oluna bilməz. Zelenski ortaya iradə qoyaraq təklif olunan layihənin mahiyyətini qismən dəyişib. O, heç bir əsas olmadan Donald Trampın simasında "diktator" adlandırıldı. Üstəlik, Zelenskinin nüfuzunun Ukrayna xalqı arasında minimuma, yəni 4 faizə qədər endiyini bəyan olundu. Bu isə həqiqəti özündə əks etdirmir və təzyiq xarakteri daşıyır. Ukraynanın siyasi müstəvisində daha öncə Zelenski kimi qəhrəman görülməyib. Digər tərəfdən müharibənin başlama səbəblərindən biri də Potro Poroşenkonun zamanında siyasi uğursuzluqlar kontekstində idi".
Politoloqun sözlərinə görə, Avropa Birliyi (AB) hər zamankı kimi riyakar olmasa, vahid mövqe nümayişini və Ukraynanın müdafiəsini edə bilsə, Zelenski daha müstəqil addımlar atar, o cümlədən ölkəsinin mənafeyini sona qədər qoruyar:
"Lakin Zelenski AB-yə o qədər də güvənmir. Ona görə də Rusiyanın bundan sonrakı təcavüz ehtimalının sıfıra enəcəyi barədə zəmanət verilərsə və Ukraynanın təhlükəsizliyini az da qoruyacaq planlar təklif edilərsə, Zelenski bununla razılaşar. Çünki indiki vəziyyətdə dağılmış ölkənin ABŞ ilə qarşıdurmaya gedəcək qədər gücü yoxdur. Ümumiyyətlə Zelenskinin dirənişləri artıq nəticələr verib. Çünki ABŞ rəsmilərinin ritorikasındakı sərtliyin yumşaldığını görürük. Donald Tramp hakimiyyətinin yüksək hədəfləri artıq bir çox güc mərkəzlərində narazılıqlar yaradıb. Bunun nəticələrini ABŞ-nin yeni administrasiyası tədricən hiss etməyə başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi