
İstanbul görüşü sülhün açarı ola bilər - RƏY
Yusif Nəzərli
03:55 28.02.2025
Gündəm
478
Rusiya və Ukrayna Ankaraya tam etimad göstərir
Professor Qafar Çaxmaqlı: “Türkiyə xarici siyasətdə kifayət qədər aktivdir və bir çox münaqişələrin həllində yaxından iştirak edir. İstanbul təmasları nəticə verəcək”
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib. Görüş ABŞ baş konsulunun iqamətgahında baş tutub. Görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası, onların fəaliyyəti üçün tələb olunan viza və bank əməliyyatları, personal sayı ilə bağlı məsələlər müzakirə olunub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir. Onun sözlərinə görə, Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü məsələsində irəli qaçmaq lazım deyil: "İstanbulda aparılan danışıqların nəticələri ilə bağlı məlumat təqdim olunacaq. Diplomatlarımız iki prezident arasında telefon danışığı zamanı əldə olunan anlaşmanı və Ər-Riyadda yüksək səviyyəli nümayəndə heyətləri arasında əldə olunmuş razılaşmaları inkişaf etdirmək üzərində işləyirlər". Putinin sözçüsü ABŞ ilə danışıqlarda Rusiyanın yeni ərazilərinin statusu ilə bağlı da danışıb. Peskov Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın subyektinə çevrildiyini söyləyib: "Ölkəmizin konstitusiyasında qeyd olunan Rusiyanın subyektinə çevrilmiş ərazilər Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu, tamamilə danılmaz və müzakirə olunmayan faktdır". Rusiya XİN başçısı Sergey Lavrov da qeyd edib ki, İstanbul danışıqlarının nəticələrinə əsasən, bu istiqamətdə nə qədər sürətli və effektiv irəliləyişin mümkün olacağı bəlli olacaq.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib. Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.
Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən görüşdən sonra Ukrayna Prezidenti V.Zelenskinin Ankaraya səfəri, ardınca Sergey Lavrovun Türkiyəyə gəlişi zamanı qərara alınıb ki, növbəti görüş məkanı İstanbul olsun. Professorun sözlərinə görə, ABŞ-Rusiya danışıqlarında Türkiyənin önə çıxması yaxşı haldır:

"Türkiyə azsaylı ölkələrdəndir ki, hər iki dövlətlə - həm Rusiya, həm də Ukrayna ilə yaxın əlaqələrə, əməkdaşlığa malikdir. Eyni zamanda ABŞ-nin NATO-da ən yaxın müttəfiqidir. Ona görə də Türkiyənin prosesdə bu və ya digər formada yer alması mütləqdir. Bu, qardaş ölkənin qlobal nüfuzunun, regional gücünün daha da artmasına xidmət edəcək. Türkiyə tərəflər arasında real sülhün əldə olunmasına ciddi töhfə verə bilər. Rusiya və Ukrayna da Ankaraya tam etimad göstərir. Hər iki ölkənin Türkiyəyə güvəni var və bunu dəfələrlə bəyan ediblər. Vaxtı ilə Türkiyə "taxıl razılaşması"nın reallaşmasında önəmli rol oynadı. Məhz Türkiyənin birbaşa vasitəçiliyi sayəsində "taxıl anlaşması" baş tutdu. İstanbul görüşlərində müəyyən nəticələrin əldə olunması ehtimalı yüksəkdir".
Q.Çaxmaqlı bildirib ki, Türkiyə xarici siyasətdə kifayət qədər aktivdir və bir çox münaqişələrin həllində yaxından iştirak edir:
"O səbəbdən görüş üçün İstanbulun seçilməsini doğru addım sayıram və nəticə verəcəyinə inanıram. İlkin olaraq Ukrayna və Rusiya arasında atəşkəs əldə olunmalıdır. Sonrakı mərhələdə siyasi danışıqlar davam edərsə, yekun həllə doğru məsafə qət etmək mümkündür. Türkiyənin həmin mərhələdə də fəal iştirakını istisna etmirəm. ABŞ və Avropa Birliyi arasındakı qarşıdurma, fikir ayrılıqları göz önündədir. Həm də ABŞ və Avropa müharibədə açıq tərəf olublar. Görüş üçün nisbətən neytral məkanlar tərcih olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya