Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ÖZƏL
13:06 04.03.2025
Hadisə
746
Həsən Kür tənəffüs aparatına qoşuludur, bədənində həddindən çox sınıq və qırıqlar var
Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində müalicəsi davam edən gənc şair Həsən Kürün vəziyyəti hələ də ağır-stabil olaraq qalır. Bu barədə yazıçı-publisist Nadir Yalçın məlumat verib. Nadir Yalçın “Sherg.az”a açıqlamasında qeyd etdi ki, gənc şair Həsən Kürün vəziyyəti ağır olaraq qalsa da, ölüm təhlükəsi aradan qaldırılıb:
- Həkimlərin səyi nəticəsində ölüm riski dəf edilib. Bəli, vəziyyəti ağırdır, amma əsas odur ki, ən təhlükəli dövr arxada qalıb artıq. Tənəffüs aparatına qoşuludur. Bədənində həddindən çox sınıq və qırıqlar var. Beyni travma alıb. Həsən xüsusi nəzarət altındadır. O Vətən uğrunda döyüşüb, qazidir. Xüsusi münasibət olmalıdır, təbii.
N.Yalçın bildirdi ki, ailəsi, doğmaları xəstəxanaya gəlir, lakin reanimasiya şöbəsinə heç kim buraxılmır:
- Valideynləri gəlir xəstəxanaya, doğmaları onu tək buraxmır. Amma bilirsiz ki, reanimasiya şöbəsinə daxil olmağa icazə yoxdur. Həsən yeni evlənib. İlk körpəsi dünyaya gəlməlidir. Ümid edək ki, körpənin ayağı düşərli olar, sıxıntılar aradan qalxar.
N.Yalçın Həsən Kürün maddi sıxıntı içində olduğunu təsdiqlədi:
- Maddi sıxıntıları vardı, bəli. Bu barədə yaxın dostlarına danışırdı. Həm də müharibə iştirakçısıdır, psixoloji sarsıntıları da ola bilər. Amma, sosial şəbəkələrdə bəzi xəbərlər yayıldı, doğru deyil. Bilən də, bilməyən də yazır, sensasion məlumat paylaşmağa çalışırlar. Hər bir insan həyatda çətinliklə qarşılaşa bilər. İnşəllah, sağalsın, ailəsinin yanında olsun.
Xatırladaq ki, 1996-cı il təvəllüdlü Həsən Kür fevralın 22-si axşam saat 19:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibb yardım göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, 29 yaşlı şair fevralın 22-də Sabunçu rayonundakı “Sevinc Mall” ticarət mərkəzinin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. 44 günlük Vətən müharibəsi iştirakçısı olan şairin maddi sıxıntıdan intihara əl atdığı deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət