
Tehran Vaşinqtonla danışıqlara hazırdır: Sadəcə bunun daha hörmətlə edilməsini istəyir
12:39 10.03.2025
Region
659
ABŞ Prezidenti Donald Trampın danışıqlarla bağlı bəyanatı yalnız aldadıcı bir cəhddir.
Bunu bu gün İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf parlamentdə çıxışında bildirib.
Məhəmməd Baqer Qalibaf ABŞ-ın İranı tərksilah etməyə çalışdığını qeyd edib, Tehrandan yeni güzəşt üçün təhdidlər altında aparılacaq danışıqların sanksiyaların ləğvinə gətirib çıxarmayacağını, yalnız İranın alçaldılmasına yönələcəyini vurğulayıb:
“Ona görə də ABŞ-dan hər hansı məktub gözləmirik”.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Xamənei ABŞ ilə danışıqlardan birmənalı şəkildə imtina etmir, sadəcə Vaşinqtonu hədə dili ilə danışmamağa çağırır:

“Başqa sözlə, Tehran danışıqlara hazır olduğunu gizlətmir. O, bunun daha hörmətlə edilməsini istəyir. İranın xarici işlər naziri Abbas Əraqçinin cavabından da bu aydın olur. Nazir deyib ki, onlara qarşı maksimum təzyiq və təhdid siyasəti davam etdirdiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara getməyəcək. İranın Çinlə Rusiyaya arxalanaraq Ağ Evlə danışıqlardan imtina edib-etməyəcəyi də sual altındadır. Son zamanlar Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımların atılması bu variantın çox da etibarlı olmadığını göstərir. Bu azmış kimi, RF-ni ABŞ ilə İran arasında danışıqların vasitəçisi də sayırlar”.
Ekspert söyləyib ki, İran rəhbərliyi ABŞ-nin perspektivdə hakimiyyətin mümkün dəyişməsi prosesini dəstəkləməyəcəyinə etibar etmir:
“Ona görə də məsələyə birmənalı şəkildə əlüstü razı olmur. Belə güman etmək olar ki, Tehran Vaşinqtonla bu istiqamətdə bazarlığa üstünlük vermək niyyətindədir. Məsələnin digər tərəfi Xaməneiyə komandasını danışıqlara getməyin və əksini inandırması ilə bağlıdır. Görüşə, danışıqlara komanda şəkilində gedilməzsə, o halda hakimiyyət çökər. Bunun isə ölkənin bütün rəsmiləri üçün daha böyük faciəli nəticəsi ola bilər. Tramp İran hakimiyyətinə vəziyyəti dinc yolla həll etmək üçün bir seçim qoyub – görüşüb, danışmaq. Digər yol isə Səddam Hüseyn, Müəmmar Qəddafi, Bəşşar Əsəd, Miloşeviç və SSRİ-nin yolu kimi güc qarşıdurmasıdır. Yəqin ki, Tehran ikinci yolu seçməz. Çünki onsuz da son bir ildə Qəzzada, Livanda və Suriyada hərbi cəhətdən kifayət qədər məğlubiyyət yaşayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual