Ermənistanda korrupsiyada ittiham olunan generalın istintaqı dayandırılıb

Ermənistanda 1 milyon dollardan artıq həcmdə istifadəyə yararsız raketin alınmasına görə həbs olunan Raket və Artilleriya Qoşunlarının keçmiş rəisi, general-mayor Armen Arutyunyana qarşı cinayət işinin istintaqı dayandırılıb.

APA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, istintaq onun əməllərində cinayət tərkibi müəyyən etməyib.


Qeyd edək ki o, 2022-ci ilin iyun ayında həbs olunub.