“Baltikyanı ölkələr öz müstəqilliklərini ukraynalıların qanı ilə müdafiə etmək niyyətindədirlər”.
Teleqraf xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Spiker bildirib: “Avropa İttifaqı və bu qurumun üzvləri deyir ki, müharibə bütün Avropaya aiddir. Mən özümə belə bir sual verdim: elədirsə, niyə onlar Ukraynada döyüşmürlər? Xüsusilə aqressiv olan Baltikyanı ölkələrdir. Estonları, latışları, litvalıları müharibədə görmürük. Onlar Ukraynada niyə döyüşmürlər?”.