Millət vəkili: "İran Azərbaycanın maraqları ilə hesablaşmaq məcburiyyətindədir"
09:20 29.04.2025
Siyasət
504
"Azərbaycan İran əleyhinə təşkil olunan heç bir layihədə iştirak etməyib"
"Pezeşkianın səfərindən sonra ikitərəfli münasibətlərdə müsbət dinamika gözlənilir"
"Regionda yeni reallıqlar formalaşmaqdadır. İran da Azərbaycanın maraqları ilə hesablaşmaq məcburiyyətindədir".
Bu barədə Sherg.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, İranla Azərbaycan arasında gərginliyin, soyuqluğun yaşanmasının əsas səbəbi, qonşu ölkənin Cənubi Qafqaz siyasətindəki yanlışlıqları ilə bağlıdır:
"Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi gündən etibarən İran ölkəmiz əleyhinə siyasət aparıb. İşğalçı Ermənistana iqtisadi, siyasi, humanitar, hərbi dəstək verib. Müharibədən sonra Zəngəzur dəhlizinin açılmasının qarşısını alan, Ermənistan ordusunun bərpasında iştirak edən dövlətlərin arasında İran xüsusi yer tutur. Baxmayaraq ki, son 30 ildən artıq müddətdə Azərbaycan İran əleyhinə təşkil olunan heç bir layihədə iştirak etməyib, qonşuluq, dostluq prinsiplərini qoruyub. Əfsuslar olsun ki, cənub qonşumuz Azərbaycanın əməkdaşlığa, barışığa yönəlik addımlarını düzgün qiymətləndirmədi. Əksinə, sərhədlərimizdə keçirilən hərbi təlimlərdən, Tehrandakı səfirliyimizə qarşı təşkil olunmuş terror aktından sonra münasibətlər daha da gərginləşdi".
Parlament üzvü vurğuladı ki, M.Pezeşkianın səfəri çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər soyuqluğu tam aradan qaldırmasa da, ikitərəfli münasibətlərdə müsbət dinamika gözlənilir:
"Nəzərə almalıyıq ki, İran siyasətində dominant qüvvə ali dini rəhbərdir. Prezidentin imzaladığı sənədlər dini rəhbəri, “SEPAH”-ı qane etməsə icra oluna bilməz. Bu yaxınlarda Təbrizdə Pezeşkianın Şəhriyarın şeirini Azərbaycan dilində səsləndirməsindən sonra, molla rejiminin reaksiyasını xatırlamaq kifayətdir. Hər bir halda, Pezeşkianın Azərbaycana səfəri əlamətdar hadisədir və münasibətlərimizə təkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya