Peşə təhsil müəssisələrinə qəbulun nəticələri açıqlandı
14:35 15.08.2025
Elm və Təhsil
474
Avqustun 11-də 18:00-dan etibarən 2025/2026-ci tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Sherg.az-a verilən məlumata əsasən, 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub.
Bildirilib ki, ümumilikdə 23 802 nəfər müsabiqədən keçib.
Müsabiqənin nəticələri 15 avqust tarixində müraciətçilərə həm SMS vasitəsilə təqdim edilib, eyni zamanda “şəxsi kabinet” bölməsində yerləşdirilib. Müsabiqədən uğurla keçən namizədlər 16 – 25 avqust tarixlərində qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:
attestatın əsli;
sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
şəxsiyyət vəsiqəsinin surəti;
3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbul olmuş şəxsin qeyd olunan müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət