
Qorxunc proqnoz: “3 günlük pəncərə açılacaq, şəhərlər xəritədən silinəcək”
12:57 14.10.2025
Cəmiyyət
491
ABŞ-li dini lider Brandon Dale Biggs, keçən il Prezident Donald Trampa yönəlmiş sui-qəsd cəhdini təxminən 3 ay öncədən bildiyini iddia etmişdi. İndi isə o, daha böyük və qorxunc bir öngörmə ilə gündəmə gəlib.
Sherg.az xəbər verir ki, Oklahoma ştatında yaşayan Biggs sosial mediada paylaşdığı videoda Tanrıdan aldığını iddia etdiyi “böyük bir fəlakət vizyonunu” açıqlayıb. Papaza görə fəlakət, Missouri, Arkansas, Tennessee, Kentucky və Illinois ərazilərini təsir edəcək 10 ballıq zəlzələ ilə baş verəcək.
Biggs bildirib:
“Rəbb mənə dedi ki... “Üç günlük pəncərə” görəcəksiniz. O zaman qaçmaq vaxtı gələcək.”
Din xadiminə görə, bu üç gün ərzində ölkənin mərkəzində yerləşən Nyu Madrid fay xətti qırılacaq və bir sıra şəhərlər xəritədən silinəcək.
Brandon, Tanrının ona göstərdiyi vizyonu belə təsvir edib:
“Amerikanın ürəyində zəncirvari bir fəlakət baş verdi. Evlər təməlindən uçurdu, körpülər dağıldı, hətta Mississippi çayı istiqamətini dəyişirdi.”
Biggs əlavə edib ki, helikopterlər yardım daşıyırdı, amma o qədər alçaq uçurdular ki, evlərin damları titrəyirdi. İnsanlar panik içində qaçırdı.

Biggs daha əvvəl Trampa yönəlmiş sui - qəsdi doğru təxmin etdiyi üçün diqqət çəkmişdi. Lakin alimlər onun bu iddiasına şübhə ilə yanaşır. Mütəxəssislərə görə, Nyu Madrid xəttində 10 ballıq zəlzələ baş verməsi demək olar ki, mümkün deyil, lakin bu bölgədə önümüzdəki 50 il ərzində 6 və ya daha böyük sarsıntı olma ehtimalı yüksəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual