
Diplomatik masada gərginlik artıb: İran-ABŞ razılaşması “geosiyasi atəşkəs” xarakteri daşıyacaq
09:29 20.05.2025
Region
535
İran ABŞ-la dolayı danışıqların beşinci raundu üçün təklif alıb. Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib. “Biz İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu ilə bağlı təklif almışıq və bu, nəzərdən keçirilir”. Qeyd edək ki, İran-ABŞ danışıqlarının 4 raundu İtaliya və Omanda keçirilib. Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, ABŞ-ın İranın nüvə proqramına dair yeni sanksiyalar elan etməsi Vaşinqtonun Tehrana qarşı “maksimum təzyiq” siyasətinə qayıtdığını göstərir:

“Sanksiyalar əsasən İranın ballistik raket texnologiyası və uran zənginləşdirmə fəaliyyətlərinə yönəlib. Tehran isə bu addımı “qanunsuz və düşməncəsinə” qiymətləndirərək uranı 60%-ə qədər zənginləşdirməyə davam edir. 5-ci raund öncəsi belə sərt ritorikalar diplomatik masada gərginliyin artdığını göstərir. Bununla belə ABŞ və İran arasında dolayı danışıqlar vasitəsilə müəyyən yumşalmalar müşahidə olunur. O cümlədən Oman və Qətər vasitəçiliyi ilə “gizli təmaslar” davam edir. Vaşinqton üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, Tehran üçünsə sanksiyaların yumşaldılmasıdır”.
Ekspert qeyd edib ki, İran daxili iqtisadi təzyiqlər səbəbilə masa arxasında qalmağa məcburdur:
“2025-ci ilin birinci rübündə ölkədə inflyasiya 45%-i keçib, rial tarixi minimuma enib. ABŞ isə yaxın seçkilər öncəsi regionda stabillik görüntüsü yaratmaq istəyir. Bu balans fonunda razılıq əldə olunması tam mümkündür, lakin bu, “tam saziş” deyil, “çərçivə razılaşması” ola bilər. İsrailin mövqeyi isə prosesə ciddi təsir göstərir. Təl-Əviv artıq mümkün razılaşmanı “zəif və təhlükəli” adlandırıb. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin dolması da tərəfləri yeni format axtarışına məcbur edir. İranın “Asiyaya baxış” strategiyası çərçivəsində Çin və Rusiya ilə yaxınlaşması ABŞ-ı regionda daha sərt addımlar atmağa vadar edə bilər. Nəticə etibarilə, razılıq mümkündür, amma bu razılaşma daha çox “geosiyasi atəşkəs” xarakteri daşıyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə