
Əfşar Süleymanı: Rusiya və İranın strateji müttəfiq olmasını qəbul etmirəm
12:59 05.06.2025
Region
588
Sabiq səfir: Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı
Hətta Rusiya Ukrayna məsələsində Amerikayla birləşərək İranı xərcləyə də bilər
İran Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə Tehrana səfərini gözləyir. Bunu İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib. Cəlali qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb, yüksək səviyyəli rəsmilərin səfərləri həyata keçirilir və yaxın gələcəkdə biz Vladimir Putinin Tehrana səfərini gözləyirik.
Putinin Tehrana mümkün səfəri, ilk növbədə, Rusiya və İran arasında artan ehtiyacdan doğan bir yaxınlaşmanın nəticəsidir. Hər iki ölkə Qərbin sanksiyaları altındadır və bu səbəbdən alternativ müttəfiqlər axtarışındadırlar. Bu səfər, sadəcə dostluq jesti deyil, həm də iqtisadi və hərbi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində real addımların müzakirəsi üçün platforma ola bilər.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, Rusiya və İranın strateji müttəfiq olmasını qəbul etmir:

“Yəni belə bir müttəfiqlik mövcud deyil. Rusiya keçmişdə İranın əleyhinə olan nüvəylə bağlı bütün qətnamələrə səs verib. Eynilə nüvə sazişinin imzalanmasıyla bağlı proseslərin həll olunmasını istəmirdilər. Dünən İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi bildirdi ki, ruslar öz istehsal etdiyimiz yanacağı Buşehr atom elektrik stansiyasında işlətməyə icazə vermədi. Hətta ruslar onlara yanacağı məhfəzələrdə belə saxlamağa qoymadılar. Digər məsələlərdə də Rusiya İrana qarşı olub. Sadəcə olaraq Suriya mövzusunda hər iki ölkənin maraqları üst-üstə düşüb. Lakin həmin əlaqələr də Əsəd rejiminin devrilməsiylə süquta uğradı. Amerika İranı sanksiyalara uğratdıqdan sonra Rusiya neft şirkətləri çıxıb getdilər. Rusiyanın Ukrayna təcavüzündən öncə onların ticarət əlaqələri çox az idi. Sözügedən faktorlar göstərir ki, Rusiya və İranın mövqeyləri müttəfiq ölkələr kimi uyğun gəlmir. Həmçinin müharibə olsa belə, Rusiya İrana kömək etməyəcək. Rusiya İrandan oyun kartı olaraq istifadə etməyə başlayıb. Hətta Rusiya Ukrayna məsələsində Amerikayla birləşərək İranı xərcləyə də bilər. Ötən gün İranın Moskvadakı səfiri Kazım Cəlali deyib ki, Rusiya İranın qaz layihələrinə səkkiz milyard dollar sərmayə qoyacaq. Lakin Rusiyanın hazırki durumda belə bir sərmaya qoyacağını düşünmürəm. İndiyə qədər Rusiya və İran münasibətlərində heç vaxt parlaq səhifələr görməmişəm. İran Amerikayla danışıqlarda da, savaşda da birbaşa addımlar atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm