Ərdoğan: Türkiyədə terrorun qara kölgəsi tamamilə aradan qalxacaq

“Suriya, Fələstin, İraq başda olmaqla, könül və mədəniyyət coğrafiyamızdakı bütün qardaşlarımızın bizə ehtiyacı var".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən zərərçəkənlərə mənzillərin təqdimi mərasində deyib.

"Bölgəmizdə baş verənləri, kimlərin hansı oyunlar qurduğunu, kimlərin kimlərlə əməkdaşlıq etdiyini siz də görürsünüz. Müsəlman qanı ilə bəslənənlər, bizi bir-birimizə qarşı qoymaq istəyənlər intensiv fəaliyyət göstərirlər. Aramıza fitnə salmağa çalışanların, etnik mənsubiyyət, məzhəb və inanc üzərindən bizi bölməyə çalışanların kimlər olduğunu hamımız bilirik. Qan və xaos tacirlərinin tələlərinə qarşı çox diqqətli olacağıq", - Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyədə terrorun qaranlıq kölgəsi tamamilə aradan qalxacaq.