Erməni nazir: Zəngəzurda təkcə dəhliz yox, həm də sülh və TRIPP var

"Yəqin ki, müxalifətin ötən seçkilərdə çıxardığı səs-küyü xatırlayırsınız. Onlar Sünikin (Zəngəzurun - red) təhvil verilməsi, dəhliz təmin edilməsi barədə danışırdılar. Beş il keçdi. Hökumətimiz vədinə əməl etdi. Nəinki dəhliz var, həm də sülh var və Zəngəzurun inkişafı üçün vacib təməllərdən biri olacaq TRIPP mövcuddur".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının Qafan şəhərində keçirilən seçkiqabağı mitinqində çıxışı zamanı bildirib.

O, çıxışında Zəngəzur vilayətinin inkişafı üçün Paşinyan hökumətinin gördüyü işlərdən də danışıb.