
Ermənistan məsələni səhv məcradan təqdim edir: Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
12:11 17.01.2025
Region
669
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz hesab edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. “Rossiya” telekanalının “Vesti nedeli” proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə görə, Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirən Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir. Zaxarova vurğulayıb ki, biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi... İkincisi isə, bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə... Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey (o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəa-red.) dəqiq şəkildə qeyd olunub. Mən həmin bəyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm. Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirdiyi qeyd olunub. Qeyd edək ki, "Rossiya" telekanlının "Vesti nedeli" proqramında Zəngəzur dəhlizi ilə bağlı fikirlərin səsləndirilməsinə görə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb, ona İrəvanın etiraz notası təqdim edilib.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanın Amerika Birləşmiş Ştatlarıyla strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasından sonra Ermənistanın antirusiya addımları atdığını görürük:

“Rusiyanın Ermənistandakı xarici işlər naziri Sergey Kopırkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağrılır və ona etiraz natosu bildirilir. Əsas səbəb isə “Rossiya” telekanalının “Vesti nedeli” proqramında Zəngəzur dəhlizi terminindən istifadə olunması göstərilmişdi. Buna qarşı Zaxarovanın etirazı isə hər kəsə məlumdur. Burada şərnişinlər, yüklər və avtomobillərin maneəsiz hərəkəti ilə bağlı üçtərəfli bəyanatın 9-cu bəndində olan məsələlərin yenidən dilə gətirilməsi göstərir ki, Rusiya Federal Təhlükəzislik Xidmətinin sərhəd qoşunlarının Zəngəzur dəhlizi üzərində təhlükəsizlik təminatı verilməsi fikrini dəstəkləyir və mövqeyindən geri çəkilmir. Əsas məsələ ondan ibarətdir ki, burada eksteritorial statuslu hansısa bir bölgə anlayışı yoxdur. Ermənistan bunu səhv məcrada təqdim etməyə çalışır ki, Qərb partnyorları geosiyasi maraqları arxasınca düşsünlər. Ermənistan və ABŞ tərəfdaşlıq xartiyasi buna nümunədir. Qarşıdakı dövrdə Ermənistanın Kremlə qarşı daha əmin addımlar atdığını görə bilərik. Bu isə Rusiya və Ermənistan arasında gərgin münasibətləri özündə ehtiva edir. Nəticənin necə olmasında asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya