Ermənistan müxalifəti: Seçkilərdə namizədlərə görünməmiş təzyiq göstərilir

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, ARF “Daşnaksütyun” üzvü Kristine Vardanyan qarşıdan gələn yerli özünüidarəetmə seçkiləri ilə bağlı müxalifət namizədlərinə təzyiq göstərildiyini bildirib.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, namizədlərə şəxsi məlumatların yayılması və ailə üzvlərinə təhdidlər də daxil olmaqla müxtəlif təzyiq vasitələrindən istifadə olunur.

Vardanyan bildirib ki, “Daşnaksütyun” bələdiyyə seçkilərini siyasi mübarizəni davam etdirmək və mövqelərini qorumaq üçün vasitə hesab edir.

Qeyd edək ki, 2026-cı ilin payızında Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər 46 icmada keçiriləcək. Səsvermə 27 sentyabr, 25 oktyabr və 29 noyabr tarixlərində baş tutacaq.