Bütün ermənilərin katolikosu II Qaregin Ağ Evin Dini İşlər Ofisinin baş müşaviri Paula Uayt-Keynlə görüşüb.
Sherg.az xəbər verir ki, Ermənistanda səfərdə olan Uayt-Keyn görüşdən əvvəl Yerevanda keçirilən ikinci dua səhər yeməyində və Üçmüədzində Müqəddəs Liturgiyada iştirak edib.
Görüşdə din və mənəvi dəyərlərin sülhün, təhlükəsizliyin və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsində rolu vurğulanıb. Tərəflər dini liderlərin sülh naminə birgə səylərinin əhəmiyyətini qeyd ediblər.
Uayt-Keyn Ermənistanın xristian irsini “erməni xalqının inancının canlı şahidliyi” adlandırıb.