İran iki aylıq fasilədən sonra Məşhəd–Bağdad istiqamətində aviareysləri bərpa edib.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, İranın Məşhəd şəhərindən havaya qalxan ilk sərnişin təyyarəsi 59 günlük fasilədən sonra Bağdad Beynəlxalq Hava Limanına uğurla eniş edib.
Bildirilib ki, İran və İraq arasında hava əlaqəsinin yenidən bərpası İran Mülki Aviasiya Təşkilatı ilə İraq Nəqliyyat Nazirliyi arasında əldə edilən razılaşmalar nəticəsində mümkün olub.