
Parlamentari: Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib
12:45 04.03.2025
Region
674
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Avropa Sülh Fondundan Ermənistana ikinci, ölümcül olmayan yardım tədbiri ilə bağlı Şuraya təklif təqdim edib.
Bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Pedro Fonseca Moniz APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu təklif əvvəlki yardım tədbirinə əsaslanır.
“Şura təklifi gələn həftələrdə nəzərdən keçirməyə başlayacaq”, - Pedro Fonseca Moniz qeyd edib.
Qeyd edək ki, 2024-cü ildə də Aİ Avropa Sülh Fondundan Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.
Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a bildirib ki, Azərbaycan tərəfi bu məsələyə qəti etirazını bildirəcək:

"Aİ-nin Ermənistana yardım təklifi, zahirən humanitar və iqtisadi dəstək kimi görünsə də, əslində bölgədəki sabitliyi pozmağa yönəlmiş bir addımdır. Brüssel bütün diplomatik və iqtisadi imkanlarından istifadə edərək Ermənistanı ruhlandırmağa və ona siyasi dəstək verməyə çalışır. Bunun əsas məqsədi, Ermənistanın sülh prosesinə real töhfə verməkdən yayınmasını təmin etmək və onun Azərbaycana qarşı daha aqressiv mövqe tutmasını təşviq etməkdir.
Bu siyasətin arxasında, eyni zamanda, Avropada güclü mövqeyə malik erməni diasporasının maraqları dayanır. Diasporanın təsirli dairələri Avropa İttifaqının siyasi qərarlarına təsir edərək, Ermənistana yönələn yardımları artırmağa və onu daha radikal mövqedə qalmağa təşviq etməyə çalışırlar. Bunun səbəbi, onların uzun illərdir davam etdirdikləri revanşist siyasətdir. Onlar bölgədə sülhün bərqərar olmasını istəmir, əksinə, Ermənistanı gələcək qarşıdurmalara hazırlamağa çalışırlar".
Deputat vurğulayıb ki, Ermənistanın yaxın zamanda hər hansı ciddi hərbi əməliyyat keçirmək potensialı yoxdur:
"Bununla belə, Ermənistan gələcəkdə müəyyən hərbi avantüralara hazırlaşır və bu məqsədlə beynəlxalq dəstək axtarır.
Lakin istənilən halda, Ermənistan sərhəddə Azərbaycana qarşı hər hansı təxribatçı addım atarsa, bunun nəticələri onlar üçün ağır olacaq. Əgər Ermənistan bu cür səhvlərə yol verərsə, onun regional mövcudluğu yox olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi