
Parlamentari: Moskva İrəvana müxtəlif silah sistemləri və hərbi texnologiyalar da ötürür
13:14 20.05.2025
Region
302
Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq ərazilərdə təyyarələrin naviqasiyasına kömək edən avadanlıq verib. Söhbət "Azimut" şirkətinin VOR/DME 2700 çox istiqamətli radiomayakından gedir.
Bu barədə "Azimut" şirkətinin vitse-prezidenti Aleksey Qalçenkov məlumat verib.
Avadanlıq Qarakilsə (Sisian) şəhərində quraşdırılıb və eyni anda 200-ə yaxın təyyarəni izləmək imkanına malikdir.
"Biz VOR/DME 2700-ün Ermənistanda sınaqlarını başa çatdırdıq, bu da təyyarələrin dağlıq ərazilərdə və pis hava şəraitində naviqasiyasına imkan verəcək”, - Qalçenkov bildirib.
Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a deyib ki, Ermənistanın sülh danışıqlarında imitasiyalara yol verməsi, sülh görüntüsü yaratması yeni xəbər deyil:

"Əgər İrəvanın imkanı, gücü olsa sülh prosesini uzadar, onun üçün məqbul şərait yetişənə qədər təxirə salar. Məqbul şərait isə o deməkdir ki, Ermənistan əvvəllər işğal etdiyi Azərbaycan torpaqlarını yenidən ələ keçirməsi, ən pis halda isə şərti sərhədlərimizdə üstün mövqeləri qazanmaqdır. İrəvan bunun üçün bütün imkanlarını səfərbər edib, xarici partnyorlarından müasir silahlar alır, ordusuna təlimlər verir, terror təşkilatının üzvlərini sərhədyanı kəndlərə yerləşdirir, müşahidəçi qismində avropalı hərbçilərin sayını artırır. Bütün bunlar Ermənistanı sülhdən uzaqlaşdırır, yeni müharibənin yaşanmaması üçün bizi ehtiyatlı tərpənməyə vadar edir. Eyni zamanda çoxistiqamətli radiomayakın Ermənistana verilməsi region üçün təhlükə riskini artırır. Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı hələ 2023-cü ildə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yaddaşlardan silinməyib. Həmin ilin iyul ayının 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən AZAL-ın sərnişin təyyarəsinə, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının sərnişin təyyarəsinə və iyulun 27-i Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən AZAL-ın sərnişin təyyarəsinə, sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının sərnişin təyyarəsinə, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb. Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən heç bir tədbir görülməmişdi. Bu gün isə Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq ərazilərdə təyyarələrin naviqasiyasına kömək edən avadanlıq verib".
Parlamentari vurğulayıb ki, kim zəmanət verə bilər ki, Ermənistan tərəfi həqiqətən “təyyarələrin dağlıq ərazilərdə və pis hava şəraitində naviqasiyasına imkan verəcək” addımlar atacaq:
"Həmçinin Rusiya son illərdə Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirir. Bu, təkcə naviqasiya sistemləri ilə məhdudlaşmır, Moskva İrəvana müxtəlif silah sistemləri və hərbi texnologiyalar da ötürür. Bu addımlar regionda qüvvələr balansına təsir edən mühüm faktorlardan biri kimi qiymətləndirilir. Əlbəttə, bu faktlar barəsində o cihazları satan şirkətlərin təmsil olunduqları ölkələrə rəsmi nota verilə bilər. Çünki Ermənistan dəfələrlə beynəlxalq qanunları pozub, sərnişin təyyarələrinə qarşı təhlükələr yaradıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstanın yeni Patriarxı məlum oldu
20:46 18.03.2026
Cənubi Qafqaz
İran rejimi üçün geri addım hüquqi fəlakət deməkdir - ŞƏRH
20:34 18.03.2026
Siyasət
Hörmüzün açılması üçün NATO müzakirə aparır - Rutte
20:20 18.03.2026
Dünya
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm
Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək - YENİLƏNİB
16:44 18.03.2026
Gündəm