Paşinyan açıqladı - Ermənistan rəsmən Rusiyadan ayrılır
11:14 28.08.2025
Region
360
“Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması tarixi qərardır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Uğrunda” Partiyasının sədri Arman Babacanyan deyib.
Partiya rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin AİB-dən çıxacağa biləcəyi ilə bağlı bəyanatını belə şərh edib:
“Bu o deməkdir ki, yarıtmaz mövqelərin sonu var. Ermənistan bununla öz gələcəyini Avropada gördüyünü rəsmən bəyan edir. Bu, tarixi qərardır. Bu, hər hansı bir yanlış balansı istisna edir və bizi real seçim qarşısında qoyur. Seçim edilib və bu, Ermənistanın Avropa İttifaqının üzvlüyünün lehinədir”.
Babacanyan AİB-dən çıxmağın Ermənistan üçün iqtisadi nəticələrinin olacağını da bildirib: “Bəli, qısa müddətdə sarsıntılar qaçılmazdır. Amma dürüst olmalıyıq: “Rusiyanın ixrac bumu” adlandırılan şey davamlı iqtisadi inkişaf deyil, süni bir bum idi. AİB bazarı getdikcə dalana çevrilir, Avropa İttifaqı isə yeni imkanlar təklif edir: böyük bazar, yüksək standartlar, investisiya axını”.
Rusiya Ermənistanın qərarına mümkün reaksiyasına gəlincə, partiya sədri qeyd edib: “Rusiya bizi çoxdan cəzalandırır: silah vermir, müttəfiqlik öhdəliklərini yerinə yetirmir, daim şantaj edir. Ona görə də əsl sual sanksiyalarda deyil, biz bundan sonra da bu asılılığa dözməyə hazırıq, ya yox”.
Babacanyan əlavə edib ki, AİB-dən çıxmaq həm də Ermənistanın de-yure qalmaqda davam etdiyi KTMT-dən çıxması deməkdir: “KTMT Ermənistanı onsuz da müdafiə etmirdi, üstəgəl, ona xəyanət edib”.
Siyasətçi AİB və KTMT-dən çıxmağın dönüş nöqtəsi yox, tale olduğunu vurğulayıb.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Ermənistanın AİB-dən çıxa, Avropa İttifaqına üzvlük prosesinin başlaya biləcəyini açıqlamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region
Aİ "Google"u 890 milyon avro cərimələyib
14:40 23.07.2026
Gündəm