Ermənistan rəhbərliyi eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqına (Aİİ), həm də Avropa İttifaqına (Aİ) üzv olmağın mümkünsüzlüyünü yaxşı başa düşür.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçirilən rəsmi toplantıda çıxışı zamanı deyib.
O bildirib ki, 2025-ci ildə ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı qəbul edilən qanun sadəcə Ermənistan üçün əlavə çıxış yolu yaratmaq məqsədi daşıyır:
"Biz hər iki təşkilatda eyni anda yer ala bilməyəcəyimizi anlayırıq. Həmin qanunun qəbul edilməsi də heç də o demək deyil ki, Ermənistan elə bu gün Avropa İttifaqına üzv ola bilər".