
Politoloq: İran "Avropa üçlüyü"nün tələblərinə boyun əymir
Yusif Nəzərli
06:30 29.08.2025
Region
362
ABŞ və İsrailin hərbi təhdidləri artsa, İran Avropanın tələb etdiyi addımları atmağa məcbur olacaq
Avqustun 26-da Cenevrədə İran və “Avropa üçlüyü” – Fransa, Almaniya və Böyük Britaniya arasında keçirilən görüş nəticəsiz başa çatıb. Görüşdən sonra üç ölkənin xarici işlər nazirləri Avropa İttifaqının xarici siyasət komissarı Kaya Kallas və ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə Tehrana qarşı “snapback” mexanizminin işə salınacağını açıqlayıblar. Bu mexanizm 2015-ci il İranla nüvə sazişi çərçivəsində ləğv edilmiş BMT sanksiyalarını avtomatik olaraq bərpa edir və İranın nüvə proqramı ilə bağlı təzyiqləri artırmağı nəzərdə tutur.
“Reuters“in məlumatına görə, Tehranın 30 gün ərzində nüvə proqramı ilə bağlı müəyyən addımlar ataraq sanksiyaların tətbiqinin qarşısını almasına ümid var.
“Avropa üçlüyü” şərt qoyub ki, İrana qarşı bu sanksiyaların ləğvi üçün nüvə sazişi ilə bağlı ABŞ ilə danışıqlar bərpa olunmalıdır. Ölkələr həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişlərinə İranın nüvə obyektlərinə tam giriş imkanı verilməsini tələb ediblər. Bu, 60 faiz zənginləşdirilmiş uran ehtiyatına çıxışa icazə verilməsini də nəzərdə tutur.
Tehran bunların müqabilində ondan təzyiq altında danışıqlardan çəkinməyi, danışıqlar zamanı hərbi baxımdan hədəfə alınmayacağına dair təminat almağı, ABŞ və İsrailin 12 günlük müharibə zamanı vurduğu zərbələr nəticəsində dəymiş ziyana görə maddi təzminat almağı və öz ərazisində uranı zənginləşdirmək hüququnun tanınmasını tələb edib.
Qeyd edək ki, İranın Ali Rəhbəri Əli Xamenei bir neçə gün əvvəl ABŞ ilə danışıqların mümkünlüyünü şübhə altına alan açıqlama ilə çıxış etmişdi.
AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli Sherg.az-a açıqlamasında deyib ki, İran özünü udmadığı müharibənin qalibi elan edib:

“İranın nüvə proqramı təkcə texnoloji və hərbi prioritet deyil, eyni zamanda daxili siyasi dayaqların qorunması üçün mühüm vasitədir. Məhz bu səbəbdən Tehran özünü müharibədə qalib kimi təqdim edir.
Əslində, heç İsrail də qalib olmadı. İsrailin və ABŞ-nin dəstəyi ilə Tehrandakı rejim müharibədən daha qazanclı çıxdılar, xalq onların ətrafında birləşdi.
Rejim isə hazırda nüvə statusunu həm daxili, həm də regional nüfuzunu möhkəmləndirmək üçün strateji alət kimi istifadə edir. İranın nüvə proqramına münasibəti, onun daxili auditoriyasında milli qürur və suverenlik məsələsi kimi təqdim olunur; nüvə məsələsində güzəştə getmək rejimin legitimliyini zəiflədə bilər.
“Avropa Üçlüyü”- Fransa, Almaniya və Britaniya ilə danışıqlarda İranın sərt mövqeyi də bu kontekstdə başadüşüləndir. Tehranın sanksiya təhdidi altında belə prosesləri uzatması, öz daxili bazasını qorumaq məqsədini güdür. Sanksiyalar iqtisadi təzyiq vasitəsi kimi işləyir, amma İranın hesablaması belədir ki, əgər birbaşa təzyiq və ya hərbi hədələr yoxdursa, danışıqlarda tez razılığa getmək rejimin siyasi imicinə zərbə vura bilər. Əgər İran onların şərtlərini qəbul etsəydi, o zaman rejim xalqın dəstəyini itirəcəkdi. Qalib ölkə niyə danışıqlar masasında güzəştə getsin, nüvə proqramından imtina etsin kimi suallar veriləcəkdi”.
Politoloqun sözlərinə görə, ABŞ və İsrailin nüvə məsələsi ilə bağlı təzyiqləri isə İranın davranışını formalaşdıran digər mühüm amildir. İsrailin təkrar hərbi əməliyyatlarla hədələməsi və ya ABŞ tərəfindən sanksiyaların sərtləşdirilməsi ehtimalı, Tehranı kompromisə sövq edə bilər. Avropa üçlüyü ilə razılığa gəlməmək daxili auditoriyaya mesajdır və sanksiya təhdidinə qarşı vaxt qazanmaq strategiyasıdır. Ona görə İran mümkün qədər prosesi uzatmağa çalışır.
Dediyim kimi ABŞ və İsrailin hərbi təhdidləri artsa, İran Avropa ilə tələb olunan addımları atmağa məcbur olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiflənsə də yeyilə bilən qidalar hansılardır?
23:57 27.06.2026
Sağlamlıq
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə