Tramp Türkiyəyə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iyulda Ankara şəhərində keçiriləcək NATO sammitində iştirak edəcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat yayıb.

Qeyd edək ki, NATO zirvəsi 7–8 iyulda Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.

Bu, NATO-nun 36-cı zirvə toplantısı olacaq.