Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Anar adlı şəxs bir müddətdir dayısı Elməddinin evində qalırmış. Hadisə baş verən vaxt dayısı evdə olmayıb.

İlkin məlumata əsasən, Anar əlindəki kəsici alətlə dayısının həyat yoldaşına hücum edib. Hadisə zamanı evdə qadının iki azyaşlı övladı da olub. Hücum nəticəsində qadına ağır bədən xəsarətləri yetirilib və o, yerindəcə həyatını itirib.

Hadisə zamanı qorxan azyaşlı uşaqlar qaçaraq qonşulara məlumat veriblər.

Qətldən sonra şübhəli şəxs hadisə yerini tərk edərək qaçıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən Anar adlı şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

18:30

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Şübhəli hadisə yerindən qaçıb.

Məlumata görə, çobanlar onu örüş sahəsində gedərkən görüblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.