Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.
"VAZ-2106" və "Mitsubishi Pajero" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ-2106"nın sürücüsü, 1991-ci il təvəllüdlü Nağıyev Ədalət Xanoğlan oğlu hadisə yerində həyatını itirib.
Hadisə zamanı xəsarət alan beş nəfər - 1992-ci il təvəllüdlü Nailə Hüseynova, 1995-ci il təvəllüdlü Şamo Allahverdiyev, 2011-ci il təvəllüdlü Binnət Mustafayev, 2012-ci il təvəllüdlü Hüseyn Mustafayev və 2015-ci il təvəllüdlü Habil Mustafayev xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.