"Rusiya qafqazlılar üçün" mahnısı qadağan olundu

Rusiya Ədliyyə Nazirliyi "Rusiya qafqazlılar üçün" mahnısını ekstremist materiallar siyahısına əlavə edib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, mahnı siyahıya 10 iyulda daxil edilib.

"5 dəqiqə 10 saniyə davam edən "Rusnya" ifaçısının "Rusiya qafqazlılar üçün" adlı mahnısı eksremizmi təbliğ edir", - qərarda deyilir.

Mahnının siyahıya daxil edilməsi Murmansk Vilayət Məhkəməsinin 21 may 2026-cı il tarixli qərarına əsaslanıb.