Rusiya XİN: Ermənistanın Zəngəzur dəhlizinə reaksiyası anlaşılmazdır
11:25 16.01.2025
Region
343
Ermənistanın Zəngəzur dəhlizinə reaksiyası anlaşılmazdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rossiya telekanalının Vesti Nedeli proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə görə, Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirən Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir.
"Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, hazırki Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi...İkincisi isə, bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə...Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey (o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəa-red) dəqiq şəkildə qeyd olunub. Mən həmin bıyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm",- deyə Zaxarova vurğulayıb.
Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirdiyi qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət