TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

TRİPP layihəsi çərçivəsində qaz və neft kəmərləri Zəngəzur (Sünik) bölgəsindən kənarda çəkilə bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, hələlik konkret infrastruktur marşrutları müəyyən edilməyib:

“Araz çayı ilə qayalıqlar arasındakı ərazi çox dar olduğundan, gələcək dəmir yolu boyunca boru kəmərlərinin çəkilməsi çətin ola bilər. Sovet dövründə olduğu kimi, Ermənistanın cənub hissəsindən dəmir yolu və elektrik xətləri keçə bilər. Bununla yanaşı, qaz və neft kəmərlərinin ölkənin digər ərazilərindən çəkilməsi mümkündür”.