10 ildir ki, yaddaşını itirən gənc bir mahnı ilə hər şeyi xatırladı - FOTO
22:34 18.06.2021
Relaks
558
10 ildir ki, yaddaşını itirən London sakini tanış mahnını eşitdikdən sonra hər şeyi xatırlayıb.
Bu barədə “Daily Star” xəbər verir.
Məlumata görə, Tomas Lids 19 yaşında olarkən avtomobil qəzasına düşüb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən gənc bundan sonra yaddaşını itirib. Növbəti 10 il ərzində gənc nə ailəsini, nə də qəzadan əvvəlki həyatını xatırlamayıb.
London sakinində prozopaqnoziə (üz tanıma qabiliyyətini itirmək) da inkişaf edib, epilepsiyaları başlayıb. Ailəsi onun yaddaşının qayıtması üçün vaxtı ilə tanıdığı yerlərə aparsalar da heç nə kömək eləmr.
Bu yaxınlarda 30 yaşını qeyd etməyə hazırlaşan Lids radiodan “Waterboys” qrupunun “The Whole on the Moon” mahnısını eşidib. Qəfil o uşaqlığını və anasını xatırlamağa başlayıb. Gənc anlayır ki, musiqi sayəsində yaddaşı özünə qayıdır.
“Hər şey elə möhtəşəm, böyük və sonsuz idi ki… Və mən xatırlayıram, bu axmaqcasına səslənsə də, mən sadəcə parkda ağacların altında oturmuşdum”, - deyə o, danışır.
Yaddaşının qayıtması ilə Lids daha ünsiyyətcil və emosional olur. Bununla belə o, insanların üzünü tanımaqda hələ də çətinlik çəkir.
Hazırda iki uşağı olan gənc bəzən qızlarının üzünü tanımadığını etiraf edib. O, yaddaş itməsi ilə bağlı roman-nağıl yazmağı düşündüyünü deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə