«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən qadınların kişilərdən çox yaşamasına dair bir aşdırmanı təqdim edir. « Drees » qəzetində dərc olunan araşdırmada qeyd olunur ki, qadınlar kişilərə nisbətən daha çox yaşayırlar, lakin onların "ömrünün əlavə illəri" daha çox sağlamlıq problemləri və ya dinamikliyin, hərəkətliliyin itirilməsi ilə müşayiət olunur.
Bu araşdırmanı Fransanın Sosial Nazirliinin Statistika Xidməti həyata keçirib. Yazıda qeyd edirlər ki, doğuş zamanı ömür uzunluğu qadınlar üçün 85,3 il, kişilərdə 79,4 ildir, cins fərqi 5.9 ildir.
Digər tərəfdən, əlilliyi olmayanların ömür uzunluğuna gəlincə, qadınlar üçün orta yaş həddi 64.5 il, kişilər üçün 63.4 ildir. Bu fərq bir ildən çoxdur. 2017-ci ildə bu 1.9 yaşa çatıb.
Qadınlar kişilərdən artıq yaşadıqları ömrü müəyyən məhrumiyyətlər içərisində yaşayırlar.
65 yaşı olan qadın, hələ 3,8 il də yaşamağa ümid edə bilir. Lakin həmin yaşda olan kişi, 1il artıq yaşamağa ümid edə bilər.