12 il əvvəl bir leyləklə dostlaşıb
Yusif Nəzərli
12:58 18.03.2023
Relaks
2128
Hər il eyni yerdə, eyni vaxtda balıqçının görüşünə gəlir
Bursanın Karacabəy bölgəsində balıqçılıqla məşğul olan Adəm Yılmaz 12 il əvvəl bir leyləklə dostlaşıb. Hər il leylək eyni yerdə, eyni vaxtda balıqçının görüşünə gəlir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, balıqçı ilə leyləyin dostluğu dastana çevrilib. Adəm Yılmaz leyləyə Yaren adını verib. Yaren leylək Bursanın Karacabəy bölgəsində Uluabat Gölü sahilindəki Əskiqaraağac məhəlləsinin rəmzidir.
Onun gəlişini gözləyənlərin gözünü yolda qoymayaraq bu il də göl sahilinə gəlib və balıqçı Adəmin qayığına qonub. Bundan əvvəlsə yerli sakinlər onu göl yaxınlığında yuva qurmuş dişi tayı – Nazlı ilə birlikdə görüblər. Köç mövsümündə leyləklər Əskiqaraağaca gəlib. Leylək barədə danışan Adəm Yılmaz “ayın 6-dan 15-nə qədər öldüm, dirildim; gələcəkmi, gəlməyəcəkmi? Şükürlər olsun, ötənilki tarixdən 11 gün sonra gəldi. Hamını kəndimizə dəvət edirəm. Kənd camaatı çox sevinir, hamımız sevinc içindəyik. Necə xoşbəxt olduğumu ifadə edə bilmirəm” söyləyən Adəm Yılmaz deyib ki, Əskiqaraağac leyləklərin köç qatarı üstündədir. Hər il burdan minlərlə leylək ötüb keçir. Burda yuva qurub qalanlar da olur. Yarenlə Nazlı onlardan biridir. Kənd camaatı da onları sevir, qoruyur. Adəm Yılmaz illər öncə Yarenin qayığına qonduğunu xatırlayıb: “Dedim, yəqin acdır, tutduğum balıqlardan ona verdim. O vaxtdan dostlaşdıq. Hər il onun gəlişini həyəcanla gözləyirəm”. Qeyd edək ki, Karacabəy bələdiyyəsi tərəfindən leyləklərin yuvası yaxınlığında kamera quraşdırılıb, bunun sayəsində leyləklər müşahidə altında saxlanılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm