Bill Qeytsin 25 yaşlı qızı evləndi: İslam qaydalarına uyğun nikah...

"Microsoft"un yaradıcısı Bill Qeytsin qızı Cennifer Qeyts ,"Westchester" malikanəsində zəngin bir Misir ailəsindən olan Nayel Nassar  ilə evlənib.
“Hürriyət” xəbər verir ki, Bill Qeytsin 25 yaşındakı qızı Cennifer əvvəlcə Misirli Nassar ilə imam nikahına girib, ertəsi gün sivil bir mərasimlə ailə həyatı qurub.
Cütlüyün Nyu -Yorkun Şimal Salem bölgəsindəki ailə evinin bağçasında gizli bir mərasim keçirdikləri və İslam qaydalarına uyğun nikah bağladıqları bildirilir. "Westchester"dəki toyda Cenniferin valideynləri Melinda və Bill Qeyts ilə birlikdə təxminən 300 adam iştirak edib.