Keçən ilin noyabr ayında vəfat edən dünya futbolunun indiyəqədərki ən böyük ulduzu Dieqo Almado Maradonanın qalmaqallarla dolu həyatı ölümündən sonra da davamlı müzakirələrə səbəb olur.
“Hürriyyət” xəbər verir ki, son zamanlar Maradonanın 16 yaşlı kubalı qıza təcavüz etməsi iddiaları dünya mətbuatında tirajlanır.
30 oktyabr 1960 -cı ildə Argentinanın paytaxtı Buenes-Ayresin kasıb vilayəti Villa Fioritoda anadan olan futboluçunun həyatı yoxsulluqdan zirvəyə qədər bir çox qalmaqallarla və faciəli hekayələrlə doludur.
Maradonanın tərcümeyi-halından yazan argentinalı jurnalist Daniel Arcuki, "Maradonanın yaxşı və pis hər şeyi şişirdilir. Oyunçu olaraq bir nömrəli idi. Karyerası çox uğurlu ola bilər, amma şəxsi həyatında bütün qaydaları pozub”, - deyə futbolçunun vəziyyətini ümumiləşdirir.
Həftənin əvvəlində "The Telegraph"da dərc olunan xəbərdə, dünya şöhrətli əfsanəvi futbolçu D.A.Maradonanın 2000-ci ildə Kubada narkomaniyaya qarşı müalicə aldığı zaman 16 yaşındakı kubalı Mavys Alvarezə qarşı cinsi və psixoloji təcavüz etdiyi iddia edilib.