Türkiyədə maraqlı toy baş tutub. Belə ki, "habertürkün" məlumatına görə, "ESHOT"da qadın avtobus sürücülərindən biri olan Ayşe Akyol, onunla eyni qurumda avtobus sürücüsü işləyən Səlim Akpınarla evlənmək qərarına gəlib.
Gəlin Ayşe Akyol, "ESHOT" Gediz Atölyesində həmkarları tərəfindən bəzədilmiş avtobusla evindən aparılıb.
Avtobusla şəhəri gəzən cütlüyün toyu Kültürpark Nikah İdarəsində olub.