Kəhanətləri ilə damğasını vuran "Simpsonlar" cizgi serialı bir çox hadisələri öncədən proqnozlaşdırıb.
"Sherg.az"ın məlumatına görə, Çinin Vuhan şəhərində ortaya çıxan və bütün dünyanın həyatını təhdid altına alan, koronavirusdan xəbərdar "Simpsonlar"ın 2022-ci il kəhanətləri bəşəriyyət üçün ümidvericidir.
32 ildir ekranlarda yayımlanan və geniş pərəstişkar kütləsi olan serial, Disneyin "Fox"u satın alması, Trampın prezidentliyi...
ABŞ-da Kamala Harrisin başqanlığı "Kolomb" heykəlinin başının kəsilməsi, ağıllı saatlar, ebola virusu, korona virusu, köhnə "Beatles" məktubu, Ledi Qaqanın "Super Bowl"da havaya uçması kimi hadisələrdən xəbərdar idi.
İndi isə, "Simpsonlar" serialı koronavirus kəhanətkəri ilə gündəmə gəlib.
2019-cu ildən etibarən dünyayı cənginə alan koronavirusa bənzər bir epidemiyanın başlanğıcını öncədən təxmin edən "Simpsonlar" bu dəfə də sonuna dair proqnozlarla diqqət çəkiblər.
Məşhur animasiya serialına görə, epidemiya 2022-ci ildə insanların həyatından çıxacaq.
Mənbə: "Haberglobal"