Belə maşın sevgisi görünməyib! 

Avtomobilini plyonkaya bükərək qoruyur


Türkiyənin İzmir şəhərində yaşayan 28 yaşlı klassik avtomobil həvəskarı Həsən Karadişoğlu avtomobilinə gözü kimi baxır.
 "Sherg.az"ın xəbərinə görə, Karadişoğlu minməyə qıymadığı avtomobilini yalnız xüsusi günlərdə yola çıxarır. Minmədiyi zamanlarda isə avtomobili streç plyonkaya bükərək qoruyur.
 Avtomobilinə baxış keçirmək üçün Türkiyənin müxtəlif bölgələrindən çoxlu adam gəldiyini söyləyən Karadişoğlu, maşınına göstərilən maraqdan son dərəcə məmnun olduğunu bildirib.

O, hazırda avtomobilini satmaq fikrində deyil. 
 
Həsən Karadışoğlu gələcəkdə avtomobilini dəyərini verənə sata biləcəyini diqqətə çatdırıb:

 "Bu uşaqlıqdan bəri bir sevgidir. 1979-cu illəri canlandırmaq və bu nostaljini hər kəsə yaşatmaq üçün gözüm kimi qoruyuram. Maşını polietilenə sarıram ki, heç bir şey olmasın. Toz və cızıq dəyməsin deyə, streçləyirəm. Bayrama özəl maşını çıxardıq, bir-iki tur atdıq. Bu günə kimi maşını almaq üçün çoxlu təkliflər gəlir. Təbii, təklifləri hələ dəyərləndirməmişik. Gələcəkdə dəyərini verənlərə sata bilərəm".