İt stresi azaldır - Çünki...


Çünki itlər fövqəladə iybilmə və hissetmə qabiliyyəti sayəsində sahiblərindən gələn kimyəvi siqnalları ayırd edə bilir
  Aparılan bir araşdırma itlərin streslə bağlı nəfəsalmada baş verən dəyişikliyi və tərləməni hiss edir. İtlərin həddindən artıq həssas (əslində bütün canlılar insanlardan daha həssasdır) olması sirr deyil. Məsələn, itlər uzun müddət görmədikləri, ayrı qaldıqları sahiblərini gördükdə sevincdən ağlayırlar. Queens Universiteti tərəfindən aparılmış və haqqında "PlOS ONE" dərgisində yayımlanan araşdırmaya görə, stres halında olan insanı itlər 100-də 93,75 faiz düzgün təyin edir. Bu, itlərin, qoxubilmə və hissiyyat gücünün yüksək olması səbəbi ilə bağlıdır. İtlər stres keçirən insanın nəfəs almasında baş verən dəyişikliyi duyur və bədənin tərləməsini qoxusundan hiss edir. İtlərdəki bu təbii refleks sahiblərinə psixoloji stres, psixoloji travma halında yardım etmələrini asanlaşdırır. Əgər evdə it bəsləyirsinizsə, o sizi stresdən qısa zamanda azad edə bilər. Çünki itlər fövqəladə iybilmə və hissetmə qabiliyyəti sayəsində sahiblərindən gələn kimyəvi siqnalları ayırd edə bilir. Təcrübə zamanı 36 nəfərdən nümunələr alınıb və bu nümunələr 3 saat ərzində itlərə göstərilib. İtlər 720 haldan 675-də doğru seçim edib. Bu da itlərin stresli insanları tanımaqda 93,75 faiz doğru seçim etdiyini göstərir.