Səfir: “Dünyanın ən yaxşı narlarından biri Azərbaycanda bitir”

“Dünyanın ən yaxşı narlarından biri Azərbaycanın Kür çayı ilə suvarılan münbit torpaqlarında yetişir”.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı “Twitter” hesabında yazıb.

“Meyvə yığımı vaxtı nar bağındayıq. Bərəkətli olsun”, - deyə türkiyəli diplomat nar bağından paylaşım edib.

Qeyd edək ki, səfir daha əvvəl Lənkəranda çay tingləri əkib.