Kral III Çarlzın tacqoyma mərasimi... - FOTO

Kral III Çarlzın mayın 6-da paytaxt Londondakı Vestminster abatlığında keçiriləcək tacqoyma mərasimi üçün çap edilən dəvətnamələr dünən Bukingem Sarayı tərəfindən ictimaiyyətə təqdim edilib.
 "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, 2 min nüsxə ilə çap olunacaq dəvətnamədə ingilis folklorundan "Yeni hökmranlığı əks etdirmək üçün baharı və dirçəlişi simvolizə edən qədim fiqur olan Yaşıl Adam fiquru" yer alıb.

 Ölkənin çəmənliklərində bitən güllərlə bəzədilmiş dəvətnamədə kral III Çarlzın həyat yoldaşı olduğu üçün “Kraliça həyat yoldaşı" (Consort) ünvanını daşıyan Kamillanın yalnız “Kraliça” titulu ilə yazılması isə diqqətləri üzərinə çəkib. 

Həmçinin kral arxivindən ən qədim tacqoyma dəvətnaməsinin fotosu da paylaşılıb. 
Bildirilib ki, “Kral Arxivindəki ən qədim tacqoyma dəvəti 22 sentyabr 1761-ci ildə baş tutan Kral III Corc və Kraliça Şarlottanın tacqoyma mərasiminə aiddir”.

Mənbə: Hürriyyət qazeti