ABŞ-ın Nyu-York şəhərindəki Sotheby's Hərrac Evində, ötən il Dubayda yerləşən Fura mədən şirkətinin Mozambikdə idarə etdiyi mədəndən tapılan 55,22 karatlıq yaqut 21 milyon dollardan başlayan qiymətə satışa çıxarılıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, indiyə qədər hərraca çıxarılan ən böyük yaqut, "Estrela de Fura" (Furanın Ulduzu) adlı qiymətli daş rekord qiymətəm, 34,8 milyon dollara satılıb.
Beləliklə, Fura Ulduzu indiyə qədər hərracda satılan ən qiymətli yaqut kimi tarixə düşüb.
Hərrac evi yaqutu “həyatda bir dəfə də olsun daş” kimi təsvir edib.
Qeyd edək ki, hərraca damğasını vuran digər ləl-cəvahirat isə Botsvanadakı mədəndən çıxarılan "Əbədi çəhrayı" almazı olub.
Hərraca çıxarılan ən canlı bənövşəyi-çəhrayı almaz" olaraq xarakterizə edilən 10,57 karatlıq daş öz rəngində rekord qiymətə - 34,8 milyon dollara satılıb.
Xatırladaq ki, 2017-ci ildə Honq-Konqda keçirilən hərracda 71,2 milyon dollara satılan 59,6 karatlıq "Çəhrayı Ulduz" indiyə qədər satılan "ən bahalı çəhrayı almaz" kimi tanınır.
Mənbə: Hürriyət qəzeti