Elon Muskdan Zuckerbergə ÇAĞIRIŞ: Gəl qəfəs döyüşünə çıxaq


Twitter sahibi Elon Musk sosial media hesabında Facebook və Instagram-ın ana şirkəti Meta-nın baş direktoru Mark Zukerberqlə qəfəs döyüşünə hazır olduğunu bildirən mesaj yayımlayıb. 
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Zukerberq Maskın paylaşımının skrinşotunu  "Mənə yer göndər" mesajı ilə paylaşıb.
Musk isə Zukerberqin yazısına “Vegas Octagon” ilə cavab verib.
 Musk bu mesajla ABŞ-ın Las-Veqas şəhərində UFC döyüşlərinin keçirildiyi Octagon Arenaya istinad edib.
O daha sonra bu hərəkətin qısa videolarını paylaşaraq, "Mənim "The Walrus" (Qoz) adlandırdığım gözəl bir hərəkətim var, burada rəqibimin üstünə uzanıb heç nə etmirəm" deyə tweet atıb. 
Həmçinin Zukerberqə meydan oxumasının ciddi olmadığını bildirən Musk, "Uşaqlarımı yuxarı qaldırıb havaya atmaqdan başqa heç bir məşq etmirəm" deyib. 
Qeyd edək ki, Zukerberq hazırda qarışıq döyüş sənətləri (MMA) üzrə təhsil alır və bu yaxınlarda ciu-citsu turnirlərinin qalibi olub.